18 Kasım 2026, Çarşamba
SON DAKİKA
Çağatay Ulusoy sevgilisi Aslıhan Malbora ile akşam yemeğinde objektiflere yansıdı ‘Zebani Efe’ Fatma Soydaş’a resti çekti: Tutuklanabilirim Artık beş kişi oldular! Sevilen oyuncu 44 yaşında üçüncü çocuğunu doğurdu Hakkında yasal süreç başlatıldığı öne sürüldü: Gökhan Töre ilk kez konuştu Nebulcaz.com Nedir? Nebulcaz Hakkında Bilmeniz Gerekenler Süper Loto sonuçları açıklandı (12 Kasım 2026) Araç sahipleri dikkat! Herkes ödeyecek, işte yeni MTV tutarları 24 Kasım Öğretmenler Günü Mesajları 2026: En Güzel, Kısa ve Anlamlı Mesajlar Tuzlu Kahve 10. bölüm fragmanı neden yayınlanmadı? Tuzlu Kahve 10. bölüm fragmanı ne zaman yayınlanacak? Atatürk 2 filmi konusu nedir, oyuncuları kimler? Atatürk II: 1881-1919 nerede çekildi? Galatasaray’dan sol kanada sürpriz takviye: Köln’ün genç yıldızı radarda GSS borç affı çıkacak mı? 2017 öncesi borçlar silinecek mi, kimler yararlanacak?
Gündem

Rəsmlərində öz dünyasını yaradan Nigar Moon KİMDİR?

"Nigar Moon" təxəllüsü ilə tanınan rəssam Nigar Məmmədova Modern.az-a müsahibəsində əsərlərindəki hisslərindən və gələcək planlarından danışıb.

Rəsmlərində öz dünyasını yaradan Nigar Moon KİMDİR?

Hər bir rəssamın özünəməxsus dünyası, bu dünyanı ifadə etmək üçün seçdiyi fərqli rəngləri və cizgiləri var. Bəziləri duyğularını sözlərlə, bəziləri isə fırça və boyalarla ifadə edir. "Nigar Moon" təxəllüsü ilə tanınan Nigar Məmmədova da düşüncələrini və hisslərini kətan üzərinə köçürən rəssamlardandır. O, əsərlərində hər bir detalın incəliklə işlənməsinə, rənglərin və cizgilərin özünəməxsus məna daşımasına çalışır.

Bəs Nigar Məmmədova rəsm çəkərkən hansı hissləri yaşayır? Onun əsərləri indiyədək xarici ölkələrdə nümayiş etdirilibmi? Rəssamlığın həyatındakı yeri nədir?

Nigar Məmmədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitab tərtibatı və illüstrasiyası ixtisasında təhsil alıb. Onun sözlərinə görə, bir çox tablo, loft üslublu interyer üçün abstrakt əsərlər işləyib:

"Hazırda  üzərində işlədiyim mənzərə və digər yeni janrda əsərlər də var. Düzünü desəm, çalışarkən fərqli hisslər keçirirəm. Bəzən elə iş prosesində nəsə yeni ideyalar ağlıma gəlir. Bir də hər işlədiyim əsərdən fərqli enerji alıram. Demək istəyirəm ki, hər rəssamın öz enerjisi və işləmə qaydası var. Nə qədər oxşar olsa da, əsərlər yenə də bir-birindən seçilir və fərqli olur. Bir neçə rəssam eyni işi hazırlasa belə, hamısı fərqli olacaq. Biz bunu universitetdə eyni naturadan portret işləyəndə aydın şəkildə görürdük”. 

N.Məmmədovanın sözlərinə görə, əsərləri hələ ki xarici ölkələrdə keçirilən sərgilərdə nümayiş olunmayıb.

“Amma yaxın zamanda xarici sərgilərdə iştirak etməyi planlaşdırıram" – deyə o bildirib.

Rəssamın diqqətçəkən əsərləri arasında "Life-giving sun", "Macro Velvet Figs", "Golden Sunset", universitetin son kursunda oxuyarkən çəkdiyi Çexovun “Sərxoş adamın ayıq şeytanla söhbəti” qısa hekayəsinə aid illüstrasiya var.

Gülbüdam Cümşüdova

Fatmanur adlı kullanıcının avatarı
Yazar Fatmanur

Magazin ve yaşam editörü. 18 yıldır dijital medyada çalışıyor.

Yorum yap

E-posta adresiniz yayınlanmaz.